Bu gün Aşura ilə əlaqədar Bakının müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyaları keçirilib, məclislər təşkil edilib. Səhər saatlarından etibarən Təzəpir məscidində də qanvermə aksiyası keçirilib. Aşura ilə bağlı məclislər təşkil olunub, ehsanlar paylanılıb. Azyaşlı uşaqların məscidə gətirilməsi və zəncirvurma qadağan edilsə də, Təzəpirdə bu cür hallar bu dəfə də müşahidə olunub.
Fotolar: Ilkin Muradov