Author Archives: Emin

Emin

About Emin

filmmaker

Unudulmuş kadrlar

1

Yarat Müasir Incəsənət Məkanının təşkil etdiyi Zavod müasir incəsənət sərgisində installyasiya və video-artdan ibarət işim var idi. Bu installyasiya “26 metronom” adlanırdı: məqsədim zavodun daxilində olan 26 dayanmış saatı bir yerə yığmaq idi. Bunun üçün zavodun demək olar hər qarışını gəzmişdik. Zavod artıq 7 il idi ki, fəaliiyyətini dayandırmışdı və burada işləmiş işçilər öz əşyalarını,sənədlərini elə iş yerindəcə saxlayib getmişdilər. Saat axtardığımız vaxt qabağıma bir fotoyuyulma otağı çıxmışdı. Əslində, bu otağa saat tapmaq ümidi ilə girsək də tam ayrı bir şeylə qarşılaşmışdıq. Bu otaqda zavodun bir işçisinin yuduğu fotolentlər,foto yuyulma üçün lazım olan əşyalar və s. var idi. Düzdür, bu otaqda saat tapmamışdım,amma burdakı fotolentlər mənə çox maraqlı gəlirdi. Onları da özumlə götürdüm. Hiss eləyirdim ki, fotolenləri çap edəndə gözləmədiyim fərqli fotolar qabağıma çıxacaq. Elə belə də oldu. Bu fotolar zənnimcə 70-ci illərin axırı – 80-ci illərdə çəkilib. 3161012131620010 31610142 31610132 31610126 31610109 31610104 31610108 31610076 31610055 31610028 31610025 31610019    316200103 31620035 31620019 31620014 31620003 31610141 31610140 31610139 31610124 31610114 31610092 31610085 31610082 31610075 31610074 31610067 31610063 31610061 31610059 31610056 31610046 31610045 31610034 31610001 IMG_4138 IMG_413888 IMG_41388