Author Archives: Rustam

Rustam

About Rustam

adventurer

Sərbəstdüşmə təcili

Hər şey 3 il əvvəl  Espen Fadnesin bir videosu ile başladı. Əslində isə bütün bu adrenalin və ekstrim düşkünlüyü yəqin ki, 3 yaşımdakı pedallı Gokart ilə başlayıb. Bütün mümkün ekstrim vasitələri sınaqdan keçirəndən sonra hər şeyin motosikletlə bitəcəyinə əmin idim. Lakin o video arzularıma yeni sərhədlər açdı.
Paraşüt idmanı vaxt, fiziki, maddi və mənəvi hazırlıq tələb etdiyi üçün özümü bu faktorlara hazırlamağa başladım və uzun online araşdıralardan sonra 2014-cü ilin iyun ayında training’lərə başladım.
Bu işin əlifbası AFF (Accelerated Free Fall) Course sayılır və sonradan Freefly, Canopy-Swooping, Formation Flying, BASE Jumping və Wingsuit Flying kimi fərqli kateqoriyalara bölünür. AFF 20 saat teoretik dərs, 2 yazılı və 7 praktik imtahandan ibarətdir. Praktik imtahanlar hər dəfə müəllim müşaiyəti ilə tullanmaqdan və səmada müxtəlif tapşırıqlar yerinə yetirməkdən ibarətdir.

İlk dərslər:

1 2

4300 metrdə başlayan Exit və “aşağıda” bitən Landing:

3 4

Çox texniki detallara vardım zənnimcə, ama bunları izah etmək çox asandı. Əsas çətin olan buludların üzərində olarkən, sərbəstdüşmə təcili ilə yerə uçarkən və sağ-salamat yerə düşərkən keçirilən hissləri izah etməkdir.

Səmada:

5 DCIM101GOPRO

Bizim “Taxi” (Caravan C-208):

7

Təyyarələrdən də bir xeyli yazmaq olar. Ən maraqli macəralardan biri də “Pink Lady” ləqəbli Skyvan təyyarəsindən tullanmaqdır və tam bir təsadüf nəticəsində 3 gün bizim klubun qonağı oldu bu məşhur “Lady”

“Pink Lady”:

8

Və 3 həftə sonra ilk Azərbaycanlı kimi AFF kursunu bitirdim.

Son imtahan:

və xoşbəxt Free-Solo:

9

Gələcək planlar və arzular siyahısının başında isə Bakıdakı Teleqüllədən beynəlxalq BASE Jumping tədbiri təşkil etmək və şəxsən iştirak etməkdir.  Bu yolda artıq ilk addımlar atılıb. Gözdə qulaqda olun.

Ardı var…