Təmiz şəhərin qəhrəmanları

Subhi Bektashi hesab edir ki, bizim şəhərimizin daha da təmiz olması üçün hər birimizin heç olmasa bir saniyəlik aşağıdakı suallar ətrafında  fikirləşməyimiz gərəkdir: 1. Bizim tökdüyümüz zibilləri yığışdıran insanlar kimlərdir? 2. Biz konkret olaraq onlara nə cür köməklik göstərə bilərik? Bunun üçün o, Vusale Abdullayeva ilə birlikdə səhər tezdən şəhərimizə “səyahət” etmiş və bizim üçün çox vacib bir post hazırlamışlar. Vusalə özünə məxsus tərzdə şəhərimizin qəhrəmanlarının daxili aləmini göstərmiş, Subhi isə bu barədə olan fikirləri ilə bölüşmüşdür.

Heç səhər tezdən saat 6-7 radələrində yuxudan durub şəhərimizi gəzintiyə çıxmısınızmı? Əgər çıxmısınızsa siz də mənim gördüklərimin şahidi olmusunuz. 

DSC_0168

Hər səhər tezdən nənə-babalarımız və ya valideynlərimiz yaşında olan mənzil-kommunal təsərrüffatı birliyinin əməkdaşları əllərində süpürgə  yollanırlar onlar üçün əvvəlcədən təyin olunmuş şəhərimizin müvafiq hissələrinə.

DSC_0249Bəs onların əmək fəaliyyəti nədən ibarətdir? Heç bu sualı özümüzə vermişikmi? Onların əmək fəaliyyəti  biz insanların gün ərzində şəhərdə zibil qablarına tullamalı olduğumuz lakin bunun əvəzinə yerə tulladığımız zibil qalıqlarını toplamaqdır. Bununla da məvacib alıb özlərini və ailələrini dolandırmaq.

DSC_0217Görəsən biz yuxuda olarkən bu yaşlı insanların erkən yuxudan durarkən ilk olaraq düşündükləri nə olur? Məncə bu: “Kaş bugün təmizləyəcəyim hissəni insanlar dünən daha az zibilləmiş olsun”…

DSC_0271Bəlkə də aramızda fiziki işin nə olduğunu bilməyənlər az deyil. Əgər bir gün əlimizə süpürgə alıb öz həyətimizi və ya bağımızın həyətini təmizləsək əminəm ki, bu cür fiziki işin heç də asan olmadığını asanlıqla anlayarıq. Amma gələn dəfə bunu küləkli bir gün təkrarlayaq. Növbəti dəfə isə yağışlı bir gün, növbəti dəfə isə şaxtalı küləkli soyuq qış günündə, növbəti dəfə qızmar yay günündə, növbəti dəfə isə həyətimizi yox, minlərlə maşınların sürətlə keçdiyi magistral yolun kənarında bunu edək. Həyatımız risk altındadır, deyilmi?

DSC_0111Minlərlə insanların anaları, nənələri, babaları hər gün bu ağır və riskli işlə məşğuldur. Və hər səhər tezdən bu ağır iş onları gözləyir.

DSC_0181Bir dəfə onların yanından keçəndə ayaq saxlayıb onların üzünə,  gözlərindəki kədərə, əziyyət və ağır iş yükündən xəbər verən üz cizgilərinə diqqətlə baxaq. Baxaq ve özümüzə sual verək: “Görəsən bu kədərin yaranmasında mənimdə günahım varmı?

DSC_0140

İctimai yerdə zibil qabından başqa istənilən yerə atdığımız hər bir zibil qalığının arxasında bax bu yaşlı həmvətənlərimizin kədərli və əziyyətli həyatı dayanır.

DSC_0103

Etik davranış xatirinə olmasa da olar, ən əsas insanlıq xatirinə şəhərimizi zibilləməyək. Gəlin ömrünün ahıl yaşlarını yaşayan, bu əməksevər, üzü nurlu həmvətənlərimizin işini asanlaşdıraq, onlara kömək edək.

DSC_0272

Ən böyük köməyimiz isə ən xırda zibil qalığı olsa belə, onu yerə atmamağımızdır.

One thought on “Təmiz şəhərin qəhrəmanları

  1. Anonymous

    Ən olmayacaq sualları vermisiz, ən olmayacaq yanaşma. İki ayrı, amma aktual mövzunu birləşdirlib və qısır bir nəticəyə gəlinib. Sakinlərin şəhəri zibilləməsi aydın məsələ. Amma bu insanların bu vəziyyətinin səbəbi kirli şəhər deyil, kirli quruluşdu. Onların heç bir sosial dayanağı olmadığından bu işi görürlər. Yoxsaki bu şəhərin dərdində durub siz yatarkən şəhəri təmizləmirlər. Bu məqaləni çox səhifələr poaylaşıb dünəndən bu günə.Oxucular bəziləri rəy yazır “Çox pis oldum”, “Bu mənə dər oldu daha yerə zibil atmayacam” və s. Gərək bunu gəlib sənə kim isə deyəydi. Bəs sənin qanacağın haradadı? Yazacaq sözüm çoxdu tənqidi heç kim sona kimi oxumur, oxusada nəticə çıxartmır.
    Uğurlar !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *