Fotolara şərh yazmaq ən çox çətinlik çəkdiyim işdir. Bəzən fotolarımı harasa göndərərkən, fotolarla bərabər onlar haqqında qısa mətn yazmağı da xahiş edirlər. Onda nə yazacağımı bilmirəm, onun yerinə iyirmi-otuz foto əlavə “çəkin göndərin “ desələr mənim üçün daha asan olar. Foto sözlə ifadə edə bilmədiklərimizi özündə əks etdirir. Bir fotoya diqqətlə baxdıqda ordakı insanların üz cigilərindən onların necə, hansı şəraitdə yaşadıqlarını, xoşbəxt olub – olmadıqlarını, problemlərinin nə olduğunu anlamaq olar. Bəzən bir fotoya baxıb bir roman yazmaq və ya bir-iki saatlıq filmi bir foto ilə anlatmaq olar. Fotonun digər sənət növlərindən fərqi ondadır ki, foto real bir sənət əsəridir, xəyal deyildir. Yəni bir fotoda baş verənlər real həyatın içindən bir mənzərədir, rejissorun fantaziyası deyil. Sizcə necə?
1. Qapı torundan baxan qız. Sədərək, Naxçıvan.
2. Tevez. Sədərək, Naxçıvan.
3. Ronaldo. Kəngərli, Naxçıvan.
4. İğdır-Naxçıvan avtobusu. Sədərək, Naxçıvan.
5. Şərur-Sədərək avtobusu. Şərur,Naxçıvan.
6. Aza. Ordubad, Naxçıvan.
7. Qadın portreti. Aza, Ordubad, Naxçıvan.
8. Fotoqrafçı. Həmzəli, Şərur, Naxçıvan.
9. Çağazir. Şərur, Naxçıvan.
10. Günəş batarkən. Qaraağac, Sədərək, Naxçıvan.
11. Yaşıl avtobus. Sədərək,Naxçıvan,
12. Çoban yıldızı. Batabat, Naxçıvan.
13.Kasıb çoban. Şahbuz, Naxçıvan.
14. Arç saxlayanlar. Batabat, Naxçıvan.
15. Günorta. Batabat, Naxçıvan.
17. Ordubadda bir məhəllə və velosipedçi uşaq. Aza, Ordubad, Naxçıvan.
18. Sədərəkdə ‘Şəkərin diki’ adlanan yer. Sədərək, Naxçıvan.
19. İsti ev. Sədərək, Naxçıvan.
20. Ev qadını. Sədərək, Naxçıvan.
21.Albalı sırğalar. Sədərək, Naxçıvan.
22. Günəş batmadan. Sədərək, Naxçıvan.
23. Axşamın rəngləri. Bulaqbaşı, Sədərək, Naxçıvan.
24.Sədərəkdən qış mənzərəsi. Bulaqbaşı, Sədərək, Naxçıvan.
25. Sürü. Sədərək, Naxçıvan.
26. Sürünü gözləyən uşaq. Sədərək, Naxçıvan.
27. Ağsaqqal. Portret. Sədərək, Naxçıvan.
28. Portret. Sədərək, Naxçıvan.
29. Ramazanın portreti. Sədərək, Naxçıvan.
30. Nailənin portreti. Sədərək, Naxçıvan.