Poetry Slam Baku

a

Poetry Slam Baku iştirakçıları “məşqdə əziyyət çəkən müharibədə qalib gələr” məsəlindən yola çıxıb İlkin və Fəxrinin müşaiyəti altında məşq etdilər.

p

Hücum oyunu oynuyub, qafiyə və intonasiyaya güc verdilər.

g

Şairlərimiz qəhrəmanlarımızın əli açıqlığından faydalanıb, səhnə performansını da görüb götürdülər.

t

Arada dəcəllik edən iştirakçılar İlkinin sərt baxışları, Fəxrinin şəfqətiylə şövqə gəlib öz şəhər hekayələrini bizimlə paylaşdılar.

9faecab99f0bda553c852caa6a16db954bf91ba3

Hərdən kiçik intonasiya axsamalarında kefi pozulanlara, İlkin öz stilistikasında incə zarafatlar edib, komandanın əhval ruhiyəsini qaldırırdı.

ll Fəxri də öz növbəsində podelniki İlkindən geri qalmayıb onlarla tez-tez dialoqlara girirdi. Ümumiyyətlə Fəxri məşqin ən çox dialoqa girəni hesab olunur.

Məşqin tədbirin spoileri olduğunu nəzərə alsaq Noyabrın 28i aysbergin görünmüyən tərəfini görəcəysiz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *