“Tabut düzəldənin yelləncəyi” sərt ata və onun dəngəsər oğlu arasında olan mürəkkəb münasibətləri təsvir edən film cürbəcür mükafatlar toplayaraq, müxtəlif film festivallarında nümayiş olunur. Filmin rejissoru Elmar İmanov Almaniyanın Köln şəhərində yaşayır və orda da işləyir. Amma o, bu filmi Azərbaycanda çəkib – buna görə də bu film bizim üçün çox maraqlıdır.
Bu intervyuda Elmar bizə bu filmlə nələrə nail olmaq istədiklərdən və çəkiliş vaxtı üzləşdiyi problemlərdən danışdı. O, kinonu camaata necə çatdırmaqdan bizimlə bölüşdü və tələbə Oskarı nə olduğundan da bir-iki söz söylədi.
Sənin filmin doğrudan da çox uğurlu alındı. Nə qədər mükafat toplamısan?
Yeddi… dörd dənə də nominasiya. Biz çox kinofestivalda olduq – bir neçə dənə burda, Almaniyada, Fransada, Çində, İndiyada, ABŞda… İşimdə ən zövq aldığım şey – filmlə səyahət etmək, yeni insanlarla tanış olmaq, təcrübə mübadilə etmək. Ən axırıncı mükafatı ən yaxşı xarici film fevralda FFRESH qısametrajlı kinofestivalında Uelsdə aldıq. Amma zənnimcə, filmin uğuru mükafatlar yox, İnternetdə baxışların sayıdır.
Hamı tələbə Oskarından danışır. Sən orda bürünc qazandın. Bilmirdim ki, Oskarın tələbə variantı da var. Doğrudanmı bu belə nüfuzlu mükafatdır? “Tələbə” sözü məni bir az çaşdırır…
Bu tələbə Oskarıdır, çünki hər aparıcı kinoməktəbi bu müsabiqəyə bir diplom işi göndərir. Keçən il biz İFS-i (İnternational Film School) təqdim edirirdik. Bu məktəbdə Kölndə tələbə olmuşduq. Müsabiqədə 29 ölkədən 51 film təqdim olunmuşdur və biz bürünc qazandıq. Müsabiqənin təşkilatçısı həmin Amerikan Kinoakademiyasıdır.
Deməli, bu film sənin diplom işindir?
Mənim və mənimlə oxuyan başqa üç nəfərin – operatorun, səs rejisorun və prodüserin. Bundan əlavə bizim komanda başqa 5 nəfərdən də ibarət idi, onlarla birlikdə Bakıya getmişdik. Və Bakıdakı aktyorlar.
Oskarın yerinə də medal verirlər?
Bəli, və balaca mükafat ki, sonra qeyd edə bilək. Amma tələbə Oskarı səni çox çaşdırırsa, deyə bilərəm ki, bu film Alman Kinokritiklər İttifaqının ən yaxşı qısa film mükafatını da qazandı. Bu müsabiqədə ancaq tələbələr yox, hamı iştirak edir. Amma onu da qeyd edim ki, əsasən qısa filmlərlə məşqul olanlar elə tələbələrdi – qısa filmlərin 70 faizi tələbələr tərəfindən çəkilir.
Oskar mükafatının praktiki faydası nədir? ABŞda çəkiliş etməyə planlaşdırırsan?
Prinsipcə, məşqul olduğum müstəgil kinonu Avropada çəkməyə daha asandır. Müsabiqədə qalib olmağa birinci növbədə lazımi əlaqələr yaradır – misal üçün, prodüserlər səni izləməyə başlayır. ABŞda çəkiliş etməyə istəsəm, bu mənə kömək edə bilər. Amma hələ ki belə planım yoxdur.
Bu filmin ideyası necə yarandı?
Çexovun “Rotşildin skripkası” hekayəsi məni ruhlandırdı. Hekayə ucar kənddə yaşayan tabut düzəldən bir kişi haqqındadır. Əvvəl istəyirdik hadisələri Almaniyaya XX əsrin əvvəlinə köçürdək, amma sonra qərara gəldik ki, Azərbaycanda çəkək. Həmişə istəyim var idi ki, orda film çəkim və fikirləşdim ki, niyə də indi olmasın. Filmdə bəzi gündəlik cəmiyyət problemlərin göstərilməsi də mənim üçün çox vacib idi.
Oğlunun ağır xəstəliyi haqqında məlumatı alan atanın soyuq bigənəliyi adamı dəhşətə salır. Oğlunu az qala diri-diri basdırmaq istəyir. Bu mənə çox pis təsir elədi.
Fikrimcə, belə də insanlar qayqıkeş ola bilər. Onlar da sevgi göstərə bilər… Başqa cürə edərlər, amma bunu edə bilərlər. Bu mənada onlar çıxılmaz vəziyyətdə deyillər… mən belə düşünürəm…
Filmin əsas məqamı oğlunun evdən qaçmasıdır. Mən fikirləşmirdim ki, o, qayıdacaq.
O, atasından qaçmamışdı. Bu sadəcə həyatında ilk müstəqil addımı idi.
Suda yuyunma azadlıq naminə kimi?
Hə, belə də demək olar.
Əsas qəhrəmanları necə tapmışdın?
Tabut düzəldən kişini Şamil Suleymanlı oynadı, mən onunla çoxdandı bir yerdə işləyirəm. Onun oğlunu oynayan Rasim Cəfərovdur, onu mən Berlinale-də “İtkin düşmüş” adlanan rus filmində gördüm.
Filmdəki mənzərələr çox gözəldir. Bu, Qobustandır?
Bəli. İstədiyimiz ev axtarışında Zaqataladan Astaraya kimi səyahət etmişdik. Çölün ortasında olan köhnə bir ev axtarırdıq. Sən demə, bizim belə evlərimiz demək olar ki yoxdu. Axırda belə bir evi Bakıdan 60 km uzaqlığında tapdıq.
Orda kimsə yaşayırdı?
Bir ailə. Sonra öyrəndik ki, kişi çox aqressiv idi. Danışdıq ki, müəyyən pulu ödəyib, evlərində bir həftə çəkiliş aparacayıq. Bir dəfə gecə çəkəndə, yağış effekti yaratmaq üçün bir az səs-küy salmalı idik. Həmin ev yiyəsi də evdən çıxıb bizə çox sərt reasiya verdi ki, imkan verin, yataq.
Almanların reaksiyasını təsfir edirəm…
Mən özüm də şokda idim! Amma sonra problemi həll elədik – onlara tozsoran hədiyyə etdik. Həyat yoldaşı isə çox mehriban idi. Film üçün milli yeməklərimizi bişirirdi. Bütün komandamız nəsə yeyə bilirdi.
Çəkilişi vaxtında bitirə bildiz?
Bəli. Bütün filmi 12 günə çəkdik, onlardan 7 günü evin içində. Almaniyada montaj vaxtı bəzi kadrları zədələdik deyə, prodüserlə dala qayıtmalı oldum ki, həmin epizodu bir də çəkək.
Büdcəniz nə qədər idi? Yoxsa sirrdi?
Yox, bu açıq məlumatdır. Diplom işi üçün məktəbimiz bizə 12 min avro ayırdı. Bu bizim üçün az idi deyə, Alman Fonduna müraciyət etdikdən sonra əlavə 22 500 avro da aldıq. Ondan başqa, sponsorumuz Bakcell bizə 4 min avro da ayırdı.
Filmin titrlərində AR Mədəniyyət və Turizm Nazirliyinin adı da gedir.
Hə, onlar da bizə kömək oldular. Məliyyə baxımından yox, amma cürbəcür qətnamələrlə, lisenziyalarla. Bu olmasaydı, film çəkilişi mümkün olmazdı. Ondan əlavə Azərbaycan kinostudiyasının avadanlığdan da istifadə etməyə icazə verdilər, amma həmin avadanlıq köhnə idi deyə, ancaq ştativləri işlətdik.
Filmin göstərilməsi necə keçdi?
Almaniyada filmi 15 dəfə göstərmişik, Azərbaycanda ancaq 3.
Az deyil?
Əlbəttə ki, azdır. Ümid edirəm, yayda daha çox təşkil edərik. O vaxta kimi film DVD-də çıxacaq, camaat üzünə çıxmaq daha asan olacaq. İstəyirəm, filmlə rayonları gəzim, ancaq Bakıda qalmaq istəmirəm. İnsanların reaksiyasını görmək, onların düşündüklərini bilmək, onlarla danışmaq istəriyəm. Filmdə göstərilən problemlər haqqında müzəkirə etmək istəyirəm. Film kinokritiklər və festivallar üçün yox, sadə camaat üçün çəkilib. Film sadə insanların həyatını təsvir edir, ona görə də onların fikirləri mənim üçün çox mühümdür.
İnternetdə olan kommentlərə əsaslanaraq, demək olar ki, film ekspertlər və sadə insanlar tərəfindən çox bəyənilib.
Mən elə bunu istəyirdim – hamı göstərdiklərimi başa düşsün. Elə birinci dəfə filmi bizim kinoməktəbimizdə göstərəndə, bunu anladım: bir sinif yoldaşımın anası mənə yaxınlaşıb, çox təsirləndiyini söyləyəndə, başa düşdüm ki, istədiyimə nail oldum.
Azərbaycanda çəkilişdən sonra təəssüratınız necədir?
Hamı bu çəkilişi macəra kimi qəbul etdi. Yola çox vaxt itirməmək üçün uşaqlar Əhmədlidə yaşayırdı, amma heç kim narazılığını bildirməmişdi. Almanlar ümumiyyətlə hər şey ilə çox maraqlanandılar. Bakıda olduğu zaman onlar hər şeyi çəkir, hər şeyi prob edirdilər. Əlbəttə ki, bəzi problemlərsiz olmadı, amma hamı bu səfərlə razı qaldı.
Buna şübhə ola bilməz, o gədər mükafat aldınız… Azərbaycanda nə vaxt yenə film çəkəcəksən?
O qədər ideyalarım var ki. Amma hələ ki fikirləşirəm. Detalları indi aça bilmərəm, amma çox istəyərəm uzun metrajli bir kino çəkim. Görək, necə alınır.
Uğurlar!
http://vesti.az/news/165352
На этот раз в Ереване армяне не бойкотировали показ снятого азербайджанцем фильма…
11 Июля 2013 22:16
В рамках кинофестиваля «Золотой абрикос» в Армении состоялся показ фильма режиссера-азербайджанца, однако организаторы мероприятия призывают не сравнивать это с фестивалем азербайджанских фильмов, который несколько раз срывала группа недовольных граждан.
Как передает Vesti.Az со ссылкой на армянские СМИ, в номинации короткометражных фильмов «Косточка» 10-го международного фестиваля «Золотой абрикос» участвует фильм «Качели гробовщика» режиссера Эльмара Иманова.
Иманов живет и работает в Кельне, фильм снят в Азербайджане.
В конкурсной программе фильм был показан в кинотеатре «Москва» и не стал поводом для проблем или жалоб. Напомним, что в 2010 и 2012 годах с серьезными проблемами столкнулись организаторы фестиваля азербайджанских фильмов в Армении: их атаковали, сорвав показ кинолент.
Комментируя работу азербайджанского режиссера, пресс-координатор фестиваля «Золотой абрикос» Анаит Ордян заявила в беседе с корреспондентом Epress.am, что не желает, чтобы проводились параллели между фестивалем азербайджанских фильмов и «Золотым абрикосом».
По ее словам, первое, что нужно отметить, говоря о фильме Иманова, это то, что хотя лента и снята азербайджанцем, представляет она Германию.
«Это немецкий фильм. Открыв программу, вы не увидите, что в «Золотом абрикосе» участвует азербайджанский фильм. Возможно, фамилия у режиссера азербайджанская», – сказала Ордян.
В свою очередь, армянский правозащитник Георгий Ванян отметил, что, «то, что показ фильма Иманова не стал поводом для «волны общественного недовольства», имеет очень простую причину». По его словам, просто не было приказа организовывать «общественное недовольство».
сдалась ему их косточка)
http://lenta.ru/news/2013/07/15/prize/
14:16, 15 июля 2013
Приз армянского кинофестиваля получил азербайджанский режиссер
Азербайджанский режиссер Эльмар Иманов удостоен специального приза на кинофестивале «Золотой абрикос» в Армении. Жюри отметило его картину «Качели гробовщика» в номинации короткометражных фильмов «Абрикосовая косточка». Об этом сообщает «Новости-Армения».
Сам Иманов, как пишет Haqqin.az, на фестивале не присутствовал. 30-летний режиссер несколько лет назад переехал в немецкий город Кельн, где окончил международную школу кинематографии. К настоящему моменту он снял несколько короткометражных и документальных картин. Получасовая лента «Качели гробовщика» повествует о непростых взаимоотношениях отца с душевнобольным сыном. Ее съемки проходили в 2011 году в местности Джанги, в 55 километрах от Баку.
Ранее эта картина была удостоена бронзовой награды американской киноакадемии для молодых кинематографистов (студенческий «Оскар») в номинации «Лучший зарубежный фильм».
Комментируя включение в конкурсную программу ленты азербайджанского режиссера, директор программ кинофестиваля Микаэл Стамболцян заявил: «Для нас это не имеет никакого значения. Мы не настолько глупы, чтобы смотреть на то, из какой страны фильм. Мы смотрим на то, хорош фильм или плох».
Стамбуолцян добавил, что азербайджанские картины и раньше присылали на фестиваль. «В прошлом году также был один фильм, который мы не приняли, потому что художественный уровень оставлял желать лучшего. Но был и другой фильм, который мы приняли. Так что, они были всегда», — отметил он (при этом не уточняется, идет ли речь о картинах Иманова или других азербайджанских режиссеров).
Международный кинофестиваль «Золотой абрикос» проводится в Ереване с 2004 года. Ранее среди его лауреатов (в том числе, обладателей специальных призов жюри) представителей Азербайджана не было.
сдалась)