Poetry Slam Bakunun “Şəhər Hekayələri” tədbirinə qatılan Barat Qubadov “Məhlə Söhbətləri”-nə də gəlib öz söhbətini etdi.
Səhnəyə ilk çıxan və Poetry Slam Bakuya ilk müraciət edən iştirakçı olan Barat söhbəti lap elə əvvəlcədən tutmuşdu.
“No woman,no cry
Deyir ağlama qadın ağlama
Hay-küy salma,etmə haray
Mən demirəm, Bob deyir”
Barat ” No woman No cry” şeiri ilə məhlə söhbətlərinə iqlavoydan girdi.Baratın külliyatı ilə tanış olmaq üçün onun tumblr hesabına da göz gəzdirmək olar.
Növbəti slam 16 yanvar 16:00da “Yol Əhvalatları” mövzusu ilə Yarat centerdə olacaq.
Foto və Video çəkiliş: Zahid Tağı
Karikaturist: Aydan Həsənova