Bildiyiniz kimi Poetry Slam Baku 2015-2016 sezonu temasız keçmədi.Hər tədbirin özünə məxsus bir saykodelyası olduğu üçün,Poetry Slam Bakunu bölmələrə ayırmayıb Poetry Slam Baku Almanaxı çıxartmağı qərara aldıq.
Sayko Kafedra prodoctionun təqdim etdiyi Almanaxın içində iştirakçıların,qonaqların fikirləri,şeirləri və tədbirlərdən maraqlı şəkillər var.Posterlərimizi də əldə edə biləcəksiz.
Almanaxın hazırlanması aysbergin görünməyən hissəsi idi ki,onu əritdik,görünən hissə isə çap üçün lazım olan puldur.
Dünyanı pulun idarə etdiyini düşünürsüzsə kickstarter profilimizə baş çəkin,yox əgər əksini düşünürsünüzsə yenə də baş çəkib görə bilərsiz ki, dünya malı dünyada qalır.
Qədim bir atalar sözündə də deyildiyi kimi “örtülü bazar dostluğu pozar” yəni ki, lazım olan məbləği saytda qeyd etmişik.
https://i.makeagif.com/media/12-14-2015/wduTZA.gif
Biz sizin bu proyektin reallaşması üçün maddi yardım göstereceyinize inanırıq ve her birinizin maddi investisiyası bu almanaxın çapı yolunda atılan bir addımdır.
https://www.facebook.com/PoetrySlamBaku/videos/543639645812642/
Kicstarter linki: https://www.kickstarter.com/projects/58415606/poetry-slam-baku-almanac-is-about-5-poetry-slams-b/description