Poetry Slam Bakuda son tədbirin mövzusu “Məhlə söhbətləri” idi.Söhbətə qoşulan beş nəfər yolkanın müşayiəti altında 2015 sezonunu gülərüz şəkildə bağladı.
Bu dəfəki şlamın qalibi şair Aydın Saninin dostu Tural Bakı oldu. Uzun illərdir şair olan Tural təcrübəsi ilə səhnədə öz tərzini göstərdi.
Söhbətin ortasına girən Leyla Cəfərli ilə Müjgan Abdulzadə Aydın Saninin “məni axtar darıxanda” adlı mahnısına etdikləri coveri ilk dəfə Poetry Slam Baku səhnəsində canlı oxudular.
Tədbirə Barat Qubadovla birlikdə ən çox qatılan iştirakçılardan olan Üzeyir Əşrəf Poetry Slam Bakunun obrazlarından birinə çevrildiyini etiraf etdi.
Növbəti tədbir 16 yanvar 16:00da həmişəki məkanda “Yol Əhvalatları” adı altında keçiriləcək.
Mən də sizi mütəmadi olaraq məhlənin söhbətini edənlər ilə tanış edəcəm.
Video və foto çəkiliş: Zahid Tağı
Karikaturist : Aydan Həsənova