Yarat Müasir Incəsənət Məkanının təşkil etdiyi Zavod müasir incəsənət sərgisində installyasiya və video-artdan ibarət işim var idi. Bu installyasiya “26 metronom” adlanırdı: məqsədim zavodun daxilində olan 26 dayanmış saatı bir yerə yığmaq idi. Bunun üçün zavodun demək olar hər qarışını gəzmişdik. Zavod artıq 7 il idi ki, fəaliiyyətini dayandırmışdı və burada işləmiş işçilər öz əşyalarını,sənədlərini elə iş yerindəcə saxlayib getmişdilər. Saat axtardığımız vaxt qabağıma bir fotoyuyulma otağı çıxmışdı. Əslində, bu otağa saat tapmaq ümidi ilə girsək də tam ayrı bir şeylə qarşılaşmışdıq. Bu otaqda zavodun bir işçisinin yuduğu fotolentlər,foto yuyulma üçün lazım olan əşyalar və s. var idi. Düzdür, bu otaqda saat tapmamışdım,amma burdakı fotolentlər mənə çox maraqlı gəlirdi. Onları da özumlə götürdüm. Hiss eləyirdim ki, fotolenləri çap edəndə gözləmədiyim fərqli fotolar qabağıma çıxacaq. Elə belə də oldu. Bu fotolar zənnimcə 70-ci illərin axırı – 80-ci illərdə çəkilib.

Unudulmuş kadrlar
Leave a reply